Müxalifət parlamentdə prezidentə etiraz edib – Video

Manshet Siyasət

Gürcüstan parlamentində Avropa şurasına üzvlüyünün 20 illiyinə həsr edilmiş iclasda müxalifət prezident Salome Zurabişviliyə etiraz edib.

Nsa.ge Netgazet-ə istinadən bildirir ki, sözügedən iclasa Avropa şurasının parlament assambleyasnın (PACE) prezidenti Lilian Mori Paskie və Gürcüstanın baş naziri Mamuka Baxtadze iştirak edib.

Belə ki, prezident zala daxil olarkən həmkarlardan fərqli olaraq “ Avropalı Gürcüstan” və “ Vahid Milli Hərəkat” partiyası onu ayağa qalxaraq alqışla qarşılamayıb.

Parlamentin üzvü Serqo Ratiani qeyd edib ki, Salome Zurabişvili prezident iqamətgahına azad və demokratik seçkilərin nəticəsində daxil olmadı:

“ Bir çox satın almalar, təzyiqlər var idi. Bunu bütün beynəlxalq təşkilatlar qeyd edir və nə olmuşdusa, bu, onun təsviri idi”.

NSA.GE