Müxalifət seçki sisteminin dəyişdirilməsini tələb edir

Manshet Siyasət

Gürcüstanın 20 müxalifət partiyası proporsional seçki sisteminə keçid tələbi ilə bağlı 300 min imza toplayıb.

Nsa.ge Report-a sitinadən xəbər verir ki, bu gün imzalar Gürcüstan parlamentinə təqdim olunub.

Müxalifət seçki sisteminin 2020-ci ildən etibarən dəyişdirilməsini tələb edir.

Yeni Sağlar Partiyasının üzvü Mamuka Katsitadze jurnalistlərə bildirib ki, imzaların sayının milyona çatdırılması üçün imzatoplama kampaniyası davam etdirilir.

Gürcüstan parlamenti 10 gün ərzində imzaların etibarlılığını yoxlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir