“Namizədlərin bu şəkilləri paylaşması qadağandır”

Manshet Siyasət

“Vahid milli hərəkat” partiyasının Marneulidəki seçki ofisində brifinq keçirilib.

Nsa.ge bildirir ki, partiyanın liderlərindən Zurab Melikişvili Marnulidə seçkiöncəsi kampaniya çərçivəsində idarəçi komanda tərəfindən inzibati resurslardan istifadə edilməsi və namizədlərin bərabər olmayan şərtləri haqqında danışıb.

Zurab Melikişvili qeyd edib ki, namizədlərin öz Facebook sosial şəbəkəsində mükafat verdiyi şəkillər paylaşması seçki üçün qadağandır:

“Onlar yaxşı bilirlərk ki, heç kim onlara inanmır. Mərkəzi seçki dairə komissiyası onların əvəzləyicisidir. Bundan irəli gələrək qeyd etdiklərimi açıq şəkildə həyata keçirirlər. Bunların hamısını bir kənara qoyaq, başqa namizədlərin müəllimlərlə, həkimlərlə görüşü olmaz”.

O həmçinin hakimiyyətin seçkiləri saxtalaşdırdığı məsələsinə də toxunub:

“ Onlar bir başa komissiya üzvləri , sədrləri vasitəsilə seçkiləri saxtalaşdırmağa hazırlaşırlar. Necə düşünürsünüz? 16 aprel tarixində bağlanan 2 hərraca nə ad vermək olar? Bu hərracların hamısı 62 min lari dəyərində satın alınıb. Şubitidze bəy 11 aprel tarixində komissiya üzvü kimi təyin olunur. Aprlin 16-da isə hərracların müqaviləsi bağlanır və həmin gün də sədr seçirlər. Sizin və Bütün gürcüstanın fikrini öyrənmək istəyirəm, komissiyanın bu üzvü nə etməlidir və onun məqsədi nə ola bilər? Bu cür hallar çoxdur. Biz mərkəzi seçki komissiyasından tələb edirik ki, gözlərini açsınlar, gəlsinlər basınlar ki, məsələ nədir hansı qanun pozuntuları var?”.

NSA.GE