Nazir azərbaycanlılara müraciət etdi: “Bir ölkənin övladlarıyıq”

Manshet Cəmiyyət Siyasət

 “2019-cu ilin büdcəsindən Marneuiliyə böyük məbləğ ayırdıq”.

Nsa.ge bildirir ki,  bu sözləri jurnalistlərə açıqlamasında baş nazir Mamuka Baxtadze deyib.

Azərbaycanlı seçicilərə müraciət edən nazir  bir ölkənin övladları olduqlarını vurğulayıb:

“Sizin dəstəyiniz bizim üçün önəmli və əhəmiyyətlidir. Biz bir ölkənin övladları olaraq artıq əsirlərdir ki, ölkəmizi bərabər inşa etdik. Pis və yaxşı gündə hər zaman bir-birimizin yanındayıq”.

Onun sözlərinə görə, hazırda ən böyük prioritetləri  vətənin hər güşəsini  inkişaf etdirib, gözəlləşdirməkdir. Ona görə də 2019-cu ilin büdcəsindən Marneuiliyə böyük məbləğ ayrılıb.

“O məbləği Marneulimizin daha da gözəlləşməsi və inkişaf üçün ayırdıq.  Biz o məbləğlə yeni yolların, məktəblərin, bağçaların tikintisini həyata keçirəcəyik. Merneuli aqrar sahədir və burada kənd təsərrüfatı  çox inkşaf edir. Biz də bu sahəyə  dəstək olmalıyıq.  Bu sahə ilə bağlı müxtəlif layihələr etdik və inkişafı  3 dəfə daha da gücləndirdik. Marneuli də o bölglərdən biridir”.

Nahid Kurbanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir