Nazir müavini istefa verib

Manshet Siyasət

Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi köçkünlər, Əmək, Səhiyyə və Sosial məsələlər nazirinin müavini Qriqol Giorqadze istefa verib.

Nsa.ge xəbər verir ki, Q.Giorqdze bu barədə özünün “Facebook” hesabında məlumat paylaşıb.

“Son beş ildə məcburi köçkün ailələri ilə layiqli yaşayış şəraiti yaratmaq üçün bir nazir müavini vəzifəsində çalışmaq mənim üçün böyük şərəfdir. Resurslarımızın məhdud olmasına baxmayaraq, hər bir məcburi köçkünün problemini şəxsən eşitdirə və birlikdə həll yollarını müəyyənləşdirə bildik”, -deyə Q.Giorqadze bildirib.

Onun sözlərinə görə, ancaq bu, kifayət deyil və bir çox ailələr hələ də problemlərinin həllini gözləyirlər. “İnanıram ki, düzgün dövlət siyasəti çərçivəsində onların problemləri yaxın vaxtlarda həll ediləcək”.