Nika Melia girov müqabilində azadlığa buraxılıb

Manshet Siyasət

Gürcüstan parlamentinin plenar iclasında keçirilən səsvermə əsasında toxunulmazlığı ləğv edilən  Vahid Milli Hərəkat Partiyasının üzvü Nika Meliadan Tbilisi Şəhər Məhkəməsi 30 min lari girov tələb edilib.

Nsa.ge xəbər verir ki, bu barədə məhkəmənin hakimi Temur Qoqoxia məlumat verib. Deputatın pasportunun da əlindən alındığı bildirilib.

Qeyd edək ki, N.Melia iyunun 20-21-də Rustaveli prospektində baş tutan nümayişlər zamanı polislə vətəndaşlar arasında yaranan qarşıdurmanı yaratmaqda, ona liderlik etməkdə və iştirak etməkdə günahlandırılır. Məhkəmənin prokurorluq tərəfindən irəli sürülən bütün ittihamları qəbul edəcəyi təqdirdə deputatı 6 ildən 9 ilədək həbs cəzası gözləyir.