Nika Melianın həbsi ilə bağlı parlamentə müraciət olunub

Manshet Siyasət

Gürcüstan parlamentində deputat Nika Melianın həbsi ilə bağlı xüsusi büro iclası keçirilir.

Nsa.ge xəbər verir ki, məsələ müvafiq komitələrdə də nəzərdən keçiriləndən sonra parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

N.Melianın sabahdan etibarən deputat toxunulmazlığının dayandırılacağı gözlənilir. 

Baş Prokurorluqdan bildirilib ki, N.Melia aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda günahlandırılır. Deputat ona qarşı ittihamın irəli sürülməsi üçün sabah Baş Prokurorluğa çağırılıb.