Nika Meliyanı ona qarşı irəli sürülmüş ititham üzrə 4 ildən 6 ilədək həbs gözləyir

Manshet Siyasət

20 iyun aksiyaları zamanı kütləvi zorakılığın təşkilində, ona rəhbərlik etməkdə və iştirakda günahlandırılan müaxlif deputat Nika Meliyaya qarşı cinayət məsuliyyəti nəzərdə tutulur.

Nsa.ge xəbər verir ki, bu barədə Baş Prokuroluğun rəsmi saytında bildirilir. Nika Meliyanı ona qarşı irəli sürülmüş ititham üzrə 4 ildən 6 ilədək həbs gözləyir. Deputat ona qarşı ittihamın elan olunması üçün  Baş Prokuroluğa dəvət olunub.

Xatırladaq ki, Tbilisidə 20 iyun aksiyaları zamanı vəziyyət Meliyanın “Sizdən soruşmaq istəyirəm, biz niyə parlamentin önündə durmalıyıq, binaya daxil olmamalıyıq?” sözlərindən sonra daha da pisləşib.