Nikol Paşinyan: “Erməni-gürcü münasibətləri kənardan təzyiq olmadan inkişaf etməlidir”

Siyasət

“Gürcüstanla münasibətlərin Ermənistan üçün böyük əhəmiyyəti var”.

Nsa.ge xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri Giorgi Qaxaria ilə görüşdən sonra keçirilən birgə brifinqdə qeyd edib.

Ermənistanın baş naziri qeyd etdi ki, onun baş nazir olduğundan sonra, Ermənistan və Gürcüstan arasındaki dialoq xüsusi səmimiyyətlə inkişaf edir.

Gürcüstanla münasibətlər bizim üçün xüsusi ilə önəmlidir. Mənim baş nazir olduğumdan sonra, ilə rəsmi səfərimin Gürcüstana olması da təsadüfi deyil” – dedi Ermənistanın baş naziri.

Nikol Paşinyan qeyd etdi ki, bu gün Yerevanda önəmli danışıqlar aparıldı. Tərəflər, aralarındaki münasibətlərin yüksək səviyyəsini və onların daha da inkişaf etdiriləcəyini bir daha vurğuladılar.

Paşinyanaın dediyinə görə, tərəflər həmçinin, iqtidarlararası iclasın keçirilməsi zərurəti haqqında danışdılar və iki tərəfli razılaşmanın tez zamanda icra ediləcəyini ümid etdilər.

Baş nazirlər regional təhlükəsizlik problemləri haqqında da danışdılar və Nikol Paşinyan qeyd etdi ki, Gürcüstan və Ermənistan arasındaki münasibətlər kənardan təzyiqlər olmadan inkişaf etməlidir.

Erməni medyasının məlumatına görə, görüş zamanı regional münaqişələr də müzakirə olundu.

“Münaqişələrin həllinə gəlincə isə, biz hesab edirik ki, münaqişələr ancaq sülh yolu ilə, hüquq prinsiplərinə əsaslanaraq həll olunmalıdırlar. Hər bir münaqişə unikaldır və qərarlar da onlara müvafiq şəkildə verilməlidir” – dedi Nikol Paşinyan.