Ölkədə bu gün növbədənkənar seçkilər keçirilir

Manshet Siyasət

Ölkədə bu gün növbədənkənar seçkilər keçirilir.

Nsa.ge xəbər verir ki, bu gün Gürcüstanda 5 rayonda Mer 8 rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçiriləcək.

Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarında yerli Bələdiyyə məclisinin aralıq seçkiləri keçiriləcəkdir.

Belə ki, Marneuli ilə yanaşı Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına da mer seçilir. Aralıq parlament seçkilərində isə Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçilir.

Növbədənkənar və aralıq seçkiləri üçün ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən, ümumilikdə, 370 300bülleten çap olunub. Marneuli rayonunda yerləşən seçki məntəqələri gürcü dili ilə yanaşı Azərbaycan və erməni dillərində olan bülletenlərlə təmin olunub.

Seçkilər 402 091 seçicinin qeydiyyatda olduğu 410 seçki məntəqəsində keçirilir. Səsvermə prosesini 49 yerli təşkilatdan 6 1397 beynəlxalq təşkilatdan isə 47 nümayəndə müşahidə edir, 45 media qurumun 1 917 əməkdaşı işıqlandırır.

Qeyd edək ki, seçkilərdə səsvermə prosesi saat 20:00-da başa çatacaq.