Pankisi sakinləri: “Həbslər başlasa, biz dayanmayacağıq”

Cəmiyyət Manshet Siyasət

Gürcüstanın Pankisi bölgəsində yerli əhali və polis əməkdaşları ilə baş verən qarşıdurma ilə bağlı müzakirələr davam edir.

Məlumat verdiyimiz kimi, məsələ ilə bağlı çoxsaylı rəsmi açıqlamalar verilir. Belə ki, ötən gün Daxili İşlər Nazirliyi hadisə ilə bağlı istintaqa başladıqlarını elan etdi.

“Kimisə həbs etsələr və təzyiq göstərsələr, bundan da ağır vəziyyət yaranacaq”.

Nsa.ge məlumat verir ki, bunu İpn.ge-yə baş verən hadisələrə və rəsmi açıqlamalara münasibət bildirən  Pankisi sakinləri deyib.

Qeyd edək ki, yerli əhali Birkian kəndində toplaşıb və baş verənləri  müzakirə edib. Onların açıqlamalarına görə, hüquqmühafizəçilərin sayının çox olmasına görə belə hadisə baş verib.

Sakinlər aparılan danışıqlardan sonra Pankisi dərəsində SES-in tikintisinə razı olduqlarını deyib. Onlar bildirib ki, SES-in tikintisinə onların münasibəti ilə bağlı hakimiyyət üzvləri yalan açıqlama verib:

“Bu qədər polis və xüsusi təyinatlıları niyə buraya daxil etdilər?. Əgər  deyirlər ki, əhali hesin tikintisin razıdır, bəs bu qədər polis,  xüsusi təyinatlıların  və texnikanın buraya gətirilməsinə nə ehtiyac vardı?. Dünən yaxşı hadisə baş vermədi. Əgər insanların həbsinə başlayacaqlarsa, biz dayanmayacağıq”.

Xatırladaq ki, dünən daxili işlər nazirinin bildirdiyinə görə, hadisə zamanı baş verənlər bir-bir analiz ediləcək, tərəflərin iddiaları və xəsarət yetirənlər müəyyən ediləcək.

Qiorqi Qaxaria jurnalistlərlə söhbətində qeyd edib ki, DİN əməkdaşlarına zorakılıq tətbiq edənlərin hamısı məsuliyyətə cəlb olunacaqlar.

Ağsaqqallar şurasının sədri iXaso Xanqoşvili Pankisi isə dünən baş verənlərdən sonra Heslərin tikilməyəcəyinə əmindir.

Xaso Xanqoşvili   İPN.gey-ə  açıqlamasında qeyd edib ki, dünən Qiorqi Qaxarianın Heslərin tikintisi yalnız Pankisi əhalisinin  90%- i razı olduqdan sonra başlayacağı ilə söhbətə nöqtə qoyub. Buna görə də etiraz aksiyasını davam etdirməyə ehtiyac yoxdur:

“Aydın məsələdir ki, nazir bununla məsələni bağladı. Çünki əhalinin 90 %-i dərədə hesin tikintisinə razı olmayacaq. Düşünürəm ki,  bu məsələ artıq bağlanıb. Baş verən hadisələrdən sonra hesin tikintisinin lehinə olanların sayı azalacaq. Hesin tikintisinə razı olan xalqın düşmənidir. Əminəm ki, bu məsələ bağlanıb”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 7 =