Parlament deputatı: “Mən onları siyasətçi hesab etmirəm”

Manshet Siyasət

Parlament deputatı Ruslan Hacıyev son günlərdə böyük müzakirəyə səbəb olan İrakli Okuraşvili və Şalva Natiaşvilinin yerli Gürcüstan azərbaycanlıların ünvanına bəyan etdikləri ifadələrə münasibət bildirib.

Nsa.ge gündəmdə olan bu məsələ ilə bağlı Ruslan Haciyevin fikirini öyrəndi.

Həmin müsahibəni sizə təqdim edirik.

Ruslan bəy, bir neçə gündür ki, geniş müzakirəyə səbəb olan İrakli Okruaşivili və Şalva Natelaşvilinin bəyanatına münasibətniz necədir?

-İlk öncə İrakli Okruaşivilinin və Şalva Natelaşvilinin bəyanatlarına onu deyə bilərəm ki, ölkəmizdə mən onları nə siyasətçi adlandırıram, nə də onları ciddi bir fiqur kimi görürəm.

Siz bilirsiz ki, Ş. Natelaşvili Mixayıl Sakaşvilinin yaratdığı bir qrupun rəhbəridir. Mən onları bir partiya kimi qəbul etmirəm. Ölkəmizdə neçə seçkilər keçirilib, hər seçkilərdə də onlar aşağı səviyyədə səs yığıblar, ona görə bunu ciddi qəbul etmirəm. Deyərdim ki, Russianın Jirnovskisi olan kimi, Gürcüstanın da hardasa bir Natelaşvilisi var. Bu ciddi qəbul olunan deyil, mən əminəm ki, gürcü ictimaiyyəti, ümumiyətlə Gürcüstan vətəndaşları onun fikirlərinə ciddi yanaşmır.

İrakli Okruaşivili ilə bağlı onu deyə bilərəm ki, o, M. Sakaşvilinin nazirlərindən biri olub. Düşünürəm ki, onu ciddi bir siyasi fiqur kimi qəbul edib və onun dediyi sözlərə fikir bildirmək düzgün olmazdı. Ona görə ki, Gürcüstanda yaşayan azərbaycanlılar və gürcülərin eyni sosiyal vəziyyətdə olmaları heç kimin üçün sirr deyil. Gürcüstan avropada milli azlığlara qarşı olan diqqət və hörmətin bariz nümünasidir. Hər hansı bir Okruaşivili kimi, Natelaşvili kimi insanların sözlərinə ciddi yanaşmaq lazım deyil. Onlar siyasəçi deyilər, müstəqil fikir söyləyə bilərlər. Yenə deyirəm, 1 faizi toplaya bilməyən siyasəçiləri mən siyasəçi adlandırmıram.

Məlumdur ki, İrakli Okruaşivili Vahid Milli Hərəkat partiyasının dönəmlərində müdafiə naziri oldu. Sonralar hər hansı problemlər yaşandı, yola gedə bilmədilər. Mən onu nazir vaxtlarındada ciddiyə almırdım, çünki işlətdiyi ifadələrdən də məlumdur ki, savadı yoxdur onun.

-Ruslan bəy, bəs onların millətçi xarakterli işlətdiyi ifadələrəı görə dövlət orqanları, hakimiyyət qanun çərçivəsində hər hansı bir tədbir görəcəkmi?

-Bilirsiniz, dünyada çox şey danışan siyasətçilər var ki, ağızlarından çıxardıqları ifadələri bilmirlər. Onu gürcü ictimaiyyətinin fikri kimi qəbul etmək olmaz. Əlbəttə Gürcüstan höküməti hər zaman Gürcüstan azərbaycanlılarına və Azərbaycan Gürcüstan dosluğuna yüksək dərəcədə önəm verir. Bununla bağlı istəyirəm deyim ki, Gürcüstan prezidenti, xanım Salome Zurabaşvili, Gürcüstanın Baş Naziri cənab Mamuka Baxdadze Gürcüstan – Azərbaycan əlaqələrini yüksək tuturlar.

Qeyd etmək istəyirəm ki, yaxın zamanda Gürcüstan parlamentinin nümayəndələrinin Azərbaycana səfəri gözlənilir. Təssüf ki, Marneulidə seçkilərdən irəli gələrək mən gedə bilmirəm. Demək istədiyim odur ki, bu yüksək münasibətlərin içərisində hər hansı bir İrakli Okruaşivili və Şalva Natelaşvilinin işlətdiyi ifadələri gündəmə gətirib ciddiyə almaq olmaz, sadəcə olaraq elə insanları ciddiyə almamaq lazımdı ki, Azərbaycan Gürcüstan münasibətlərinə xələl gətirməsinlər.

-Son zamanlarda siyasəçilər tərəfindən milliyətci ifadələr çox eşidirik. Misal bir neçə ay bundan qabaq Mariam Caşi milliyətçi yönlü ifadələr işlətmişdi. Bu barədə fikirlərnizi deyə bilərsiz?

Əllbəttə, milliyətçi ifadələr yol verilməzdir. Hakimiyyət nümayəndələri tərəfindən milliyətçi ifadələr heç bir zaman səsləndirilməyib və səsləndirilə bilməz. Mariam Caşinin dedikləri milliyətçi fikirlər deyildi. Mən şəxsən bir çox dəfə xanım Mariamla bu haqda söhbət etmişəm. Qeyd etmək istəyirəm ki, mən də ona ehtirazımı etdim, anacaq milliyətçilik nöqteyi nəzərdən deyil, sadəcə olaraq düzgün müqayisə edilmədiyi üçün etirazmı bildirdim. Mariam Caşi heç bir vaxt milliyətci fikirlər səsləndirməyib, mən onu şəxsən tanıdıqıma görə bunu əminliklə deyirəm.

Biz Gürcüstanda nə heç bir şeyə dözməyə ehtiyacmız yoxdur, nə səbir etməyə ehtiyacımız yoxdur. Bizə qarşı heç bir zorakılıq təzyiq olmur. Buradan bir məsləyə toxunmaq istəyərdim. Əgər Marneulidə son 30 ildə ilk dəfə hakimiyyət azərbaycanlı namizəd verdisə, budurmu milliyətcilik? Milliyətcilik bilirsinizmi hansıdır. 8 il hakimiyyətdə oldular bir azərbaycanlı namizəd vermirdilər, bu milliyətcilik deyildimi sizcə?. Hazırki hakimiyyətin dövründə milliyətcilik heç bir zaman görməmişəm mən.
Gürcüstan hər zaman tolerant bir ölkə kimi dünyada, dünya miqyasında tanınıb və bu gün mən sizə deyə bilərəm ki, Gürcüstanın tolerantlığı Avropadan da artığdır. Gürcüstanda bu gün olan tolerantlığ din azadlığı, milli azadlıq Avropada olandan üstün olduğunu hesab edirəm.

-David Qareci (Keşişdağ) monastr kompleksi ətrafında yaranmış müzakirələrə münasibətiniz necədir?

-Keşişdağı ilə əlaqədar bunu deyə bilərəm ki, Azərbaycan və Gürcüstan hökmətlərinin danışığlarından sonra ora yol açıldı. Ərazi sərhəd müzakirələrində danışıqlar çox uğurla davam etdirilir. Razılıq əldə olunub, sadəcə olaraq, tam özünü məqamına gətirmək üçün zaman lazımdır. Hal-hazırda bayramla bağlı ziyarətçilərə açıqdır, heç bir problem yoxdur. Sadəcə olaraq hər hansı bir qruplar tərəfindən provakasiya etmək istəyirləır amma alınmır. Gürcüstan Azərbaycan sərhəddinin razılaşdırılması prosesi hələ də davam edir. Ona görə ki, burada çox dəyərlər var, həm Gürcüstan tərəfdən həm Azərbaycan tərəfdən o, dəyərlərin tam şəkildə araşdırılaraq qərar verilməsi üçün araşdırmalar davam edir. Bu hər hansı bir qrupun, hər hansı bir siyasi partiyanın verəsi qərar deyil. Ona görə düşünürəm ki, hər bir siyasi xadim istər muxalifət, istər dövlət xadimi olsun istərsədə ictimai qeyri hökmət təşkilatları danıanda işlətdiyi ifadələr məsuliyyətlə və ehdiyatla yanaşsın. demək istəyirəm ki, əsrlərnən olan dostluğa, əsrlərnən olan qardaşlığa heç kim zərər gətirməyi başarmayacaq.

 
Nahid Kurbanov