Parlament sədri Arçil Talakvadzenin ilk rəsmi səfərini hara edəcəyi açıqlanıb

Siyasət

Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze nümayəndə heyəti ilə birlikdə 15-20 iyulda Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

Nsa.ge xəbər verir ki, bu haqda parlamentin mətbuat xidmətinin xəbər yayıb.

Məlumatda bildirilir ki, səfər çərivəsində Arçil Talakvadze Amerika Birləşmiş Ştatları Konqresinin demokratik partnyorluğun liderləri forumunda iştirak edəcək. O, iştirakçılara nitqlə müraciət edəcək.

Qeyd edək ki, Parlament sədri ilə birlikdə Tamar Çuqoşvili və Serqi Kapanadze də səfər edəcək.