Parlamentdə deputatlar Facebook oyunları oynayır

Cəmiyyət Manshet Siyasət

Gürcüstan mediası deputatların iclas zamanı telefonla oyun oynadıqlarını müzakirə edir.

Nsa.ge məlumat verir ki, “Tvpirveli” telekanalı məsələ ilə bağlı araşdırma aparıb və deputatların iclas zamanı telefonda oyun oynadıqlarını görüntüləyib.

Belə ki, reportajda göstərilir ki, parlamentin üzvləri iclas zamanı öz mobil telefonlarında internetə daxil olur, mesaj yazaraq, müxtəlif oyunlar oynayır.

Məlum olub ki, onlar önəmli məsələlərə qulaq asıb, müzakirlərə qoşulmaqdansa, Facebook-da “Candy crash”, “Cooper Cat” kimi oyunlar oyanır.

Bu deputatlar arasında Marneuli və Qardabani rayonunun majoritar millət vəkilləri Ruslan Hacıyev və Savalan Mirzəyevin də adı var.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir