Parlamentin yaz sessiyası bu gün bağlanacaq

Manshet Siyasət

Gürcüstan parlamentinin yaz sessiyası bu gün bağlanacaq.

Nsa.ge xəbər verir ki, Plenar iclas bu gün saat 12:00-da başladı, iclasda qanunlayihələr müzakirə ediləcək, daha sonra isə, Gürcüstan himninin oxunuşu ilə yaz sessiyası bağlanacaq.

Reqlamentə görə, yaz sessiyası iyunun son cümə günü qapanır, ancaq qanun verici orqan öz fəaliyyətini növbədən kənar iclas formatında da davam etdirə bilər.

Payız sessiyası isə, reqlamentə görə, sentyabrın ikinci çərşənbə axşamı açılır.