Paşinyan: “Türkiyə ilə münasibətlərin bərpa olunmasına hazırıq”

Siyasət

Litvanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Egidijus Vareikis Ermənistanın baş naziri Nikol Paşinyana sualla müraciət edib. 

Nsa.ge Report-a istinadən bildirir ki, Qərbi Avropa bürosu xəbər verir ki, litvalı parlamentari Ermənistanın yalnız Azərbaycanla deyil, başqa qonşu ölkələrlə də münasibətlərinin yaxşı olmadığını deyərək bunun səbəblərini soruşub.

N.Paşinyan isə cavabında bildirib ki, Ermənistanın Gürcüstan və İranla münasibətləri yaxşıdır: “Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərimiz yoxdur. Türkiyə Azərbaycan ilə münasibətlərimizin yoluna düşməsini gözləyir. Bizim isə Türkiyəyə münasibətdə heç bir şərtimiz yoxdur və münasibətlərin bərpa olunmasına hazırıq. Biz qonşu dövlətlərlə münasibətlərimizi yalnız sülh şəraitində qurmaq niyyətindəyik”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir