Pompeo: “ABŞ tezliklə Gürcüstanda yeni limanın tikintisinin başa çatdırılacağına ümidvardır”

Manshet Siyasət

Gürcüstanın baş naziri Mamuka Baxtadze ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb. Görüşdə ikitərəfli strateji əlaqələrin inkişafı, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, turizm, eləcə də Gürcüstanın Avro-Atlantik inteqrasiyası istiqamətində müzakirələrin aparıldığı bildirilir.

Nsa.ge xəbər verir ki, M.Pompeo görüşdə qeyd edib ki, ABŞ tezliklə Gürcüstanda yeni limanın tikintisinin başa çatdırılacağına ümidvardır

“Bu layihə Gürcüstanda azad iqtisadiyyatı inkişaf etdirəcək və onu xarici iqtisadi təsirlərdən qoruyacaq”, – deyə M.Pompeo bildirib.

Baş nazir M.Baxtadze daha sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Baltonla da görüş keçirəcək.