Prezident: “Gürcüstan Avroatlantik inteqrasiya yolundan heç vaxt çəkinməyəcək”

Manshet Siyasət

“Gürcüstan Avroatlantik inteqrasiya yolundan heç vaxt çəkinməyəcək”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Batumidə keçirilən “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqına inteqrasiya istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edib: “Gürcüstan və Avropa İttifaqı arasında münasibətlər indiki kimi sıx və yaxın olmayıb. Gürcüstanın Avropa İttifaqı ilə əməkdaşlığının yeni mərhələsi başlayır. Əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar nəzərdən keçirilməlidir”.

S.Zurabişvili bildirib ki, siyasi sahə ilə paralel olaraq Gürcüstan və Aİ arasında iqtisadi əməkdaşlıq da daha da inkişaf etdirilməlidir.

Dövlət başçısı qeyd edib ki, Gürcüstan və Rusiya arasındakı son gərginlik göstərdi ki, həll olunmamış münaqişələr və status-kvo davamlı inkişafa mane olur.

S.Zurabişvili Aİ-ni Gürcüstanın vahid olması, siyasi və iqtisadi islahatların daha da gücləndirilməsi üçün dəstək verməyə çağırıb.