Prezident: “Gürcüstan bölgədə yeni gərginlik nöqtəsinin yaranmasını istəmir”

Manshet Siyasət

“Nə Gürcüstan, nə də Avropa İttifaqı bölgədə yeni gərginlik nöqtəsinin yaranmasını istəyir”.

Nsa.ge xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Euronews” kanalına ölkədə son günlər baş verən hadisələri şərh edərkən deyib.

O bildirib ki, ölkədə istənilən gərginliklə bağlı olan cəhdlərin qarşısı dinc yolla alınacaq.

S.Zurabişvili Tbilisi və Moskva arasında gərginliyin olmasına baxmayaraq, Gürcüstana 1,5 milyon nəfər rusiyalı turistin səfər etdiyini deyib:

“Gürcüstanda rusiyalı turistlər və yerli əhali arasında heç bir insident olmayıb. Rusiyalı turistlər Gürcüstana səfər etməkdə davam edəcəklər, çünki onlar Gürcüstanı sevirlər”.