Prezident: “Son hadisələrin kimin marağında olmasını təxmin etmək çətin deyil”

Manshet Siyasət

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədəki vəziyyətlə bağlı akkreditasiyadan keçmiş diplomatik korpusun nümayəndələri ilə görüş keçirib.

Nsa.ge xəbər verir ki, görüşdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, İtaliya, Hollandiya, Estoniya, Litva, Bolqarıstan səfirləri, Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri iştirak edib.

S. Zurabişvili bildirib ki, cəmiyyətdəki qütbləşməni azaltmaq və ictimai narazılığı aradan qaldırmaq məqsədi ilə bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırdır. O qeyd edib ki, regiondakı qeyri-stabilliyin və Gürcüstandakı son hadisələrin kimin marağında olmasını təxmin etmək çətin deyil.