Prezident Tbilisidə baş verən aksiya zamanı işləyən həkimlərə mükafat verib

Cəmiyyət Manshet Siyasət

Gürcüstan prezidenti Salome Zurabişvili iyunun 20-21-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı işləyən həkimləri mükafatlandırıb.

Nsa.ge xəbər verir ki, bu narədə dövlət başçısının Facebook səhifəsində qeyd olunub.

Prezident bütün cəmiyyətin adından həkimlərlə təşəkkür edib.

“Bu gün xüsusi bir gündür, bu günün bir minnətdarlıq günü olmasını istəyirəm, 20-21 iyun tarixləri arasında Rustaveli prospektindəki səhiyyə işçiləri fədakarca işlədilər və dərhal vətəndaşlarımıza tibbi yardım göstərdilər və onları tibb müəssisələrinə çatdırdılar. bütün ictimaiyyət adından təşəkkür edirəm” – dedi Zurabişvili.

Xatırladaq ki, həmin gecə 240 nəfər müxtəlif xəsarətlər aldı. Onlardan 80 nəfəri polis, 23 nəfəri jurnalisti idi. Xəsarət alanlardan ikisi gözünü itirdi. Hazırda 10 nəfər xəstə xastaxanada qalmaqdadır.