Prezident xəstəxanalıq olan etirazçılara baş çəkib – FOTO

Manshet Siyasət

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisinin mərkəzində keçirilən etiraz aksiyası zamanı xəsarət alan vətəndaşlara xəstəxanada baş çəkib.

Nsa.ge xəbər verir ki, bu haqda Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Dövlət başçısı Qoça İnqorokva adına Yüksək Texnologiyalı Universitet Klinikasında müalicə alan şəxslərin vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, Tbilisidəki baş verən hadisələrə görə Zurabişvili Belarus səfərini də təxirə salıb. O, Minskdə II Avropa Oyunlarının açılış mərasimində fəxri qonaq qismində iştirak edəcəkdi.