Vladimir Putin Tbilisidə baş verənlərə münasibət bildirib

Manshet Siyasət

Rusiya prezidenti Vladimir Putin Tbilisidəki aksiyaya münasibət bildirib.

Nsa.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, Təlükəsizlik Şurası ilə Gürcüstandakı vəziyyəti müzakirə edən Putin rəsmi Kremlin ruslara qarşı aqressiv münasibətdən narahat olduqlarını bəyan edib: “Rusiyalı parlamentarilərə qarşı rusofob təxribatın ekstremist elementlərlə provokasiya edilməsi çox təhlükəli haldır”.

Qeyd edək ki, ötən gündən Tbilisidə parlament önünüdə Rusiya Dövlət Dumasının millət vəkili Sergey Qavrilovun sədrliyi ilə nümayəndə heyətinin Gürcüstana gəlməsinə etiraz olaraq aksiya keçirilir.