ABŞ Gürcüstana sanksiyalar tətbiq edə bilər

Manshet Siyasət

Respublikaçı konqresmen Markuen Malin Amerika konqresinə qanunlayihə daxil edib. Qanunlayihəyə görə, Gürcüstana müəyyən sanksiyalar tətbiq edilə bilər.

Nsa.ge Netgazet-ə istinadən xəbər verir ki, qanunlayihəyə əsasən əgər Gürcüstan hakimiyyəti Amerika vətəndaşlığı olan biznesmenlərlə bağladığı müqavilələri və üzərinə götürdükləri öhdəlikləri pozarsa bu halda nəzərdə tutulan sanksiyalar tətbiq oluna bilər.

Qanunlayihədə qeyd olunub ki, öhdəliklər pozularsa o zaman Gürcüstan ABŞ-ın dövlət müəssisələrindən kreditlər, sığortalar və maddi yardım ( humanitar yardım,qida və tibbi yardımdan başqa) ala bilməyəcək.

Bundan başqa Gürcüstana viza ilə əlaqəli də sanksiyalar tətbiq edilə bilər.

NSA.GE