Rus deputatlar artıq ölkəni tərk ediblər

Cəmiyyət Manshet Siyasət

Rus deputatlar artıq ölkəni tərk ediblər.

Nsa.ge xəbər verir ki, Tbilisidə Parlamentlərarası Pravoslav Məclisinin iclasında iştirak edən Rusiya millət vəkilləri Sergey Qavrilov və başqaları artıq Gürcüstanı tərk ediblər.

Xatırladaq ki, Rusiya nümayəndə heyəti Gürcüstanda başlayan etiraz aksiyaları ilə bağlı mühafizəçilərin qoruması altında təcili olaraq ölkəni tərk etdilər. Cəmiyyətin narazılığına səbəb Qavrilovun Gürcüstan parlamentinə daxil olub parlamentin sədrinin kürsüsündə əyləşməsi oldu.

Qeyd edək ki, hal-hazırda paytax Tbilisi ilə yanaşı Gürcüstanın bir neçə şəhərlərində işğalçı Russia dövlətinə qarşı küləvi etiraz aksiyası gedir.