Rus işğalçıları Ququtiantkaridəki qeyri-qanuni baryerlərin qoyulmasını müvəqqəti olaraq, dayandırıblar

Siyasət

Rus işğalçıları Ququtiantkaridəki qeyri-qanuni baryerlərin qoyulmasını, ehtimala görə, müvəqqəti olaraq, dayandırıblar.

Nsa.ge Birinci Kanala istinadən xəbər verir ki, sözdə “sərhədçilər” işğal xəttinin yanına saat 09:00-da gəldilər və dəmir baryerin montajını saat 11:00-da başa çatdırdılar.

Avqustun 7-dən işğalçılar Ququtiantkari kəndində 160 dirək yerləşdiriblər.

Belə ki, Ququtiantkari ərazisindəki baryerin uzunluğu 400 metrə qədər artırılıb.

Ölkə iqtidarının dediyinə görə, su rezervuarı işğal xəttinə düşmür və əhalinin suvarma su problemi olmayacaq.