Rusiya Dumasının sədr müavini: “Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq”

Manshet Siyasət

“Bunu yaxşı anlamalısınız ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq”.

Nsa.ge xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy “Rustavi 2” televiziya kanalına müsahibəsində bildirib.

O iddia edir ki, Rusiya Gürcüstan ərazilərini işğal etməyib: “Abxaziya və Cənubi Osetiya heç vaxt sizin əraziniz olmayacaq, Rusiya onların müstəqilliklərini dəstəkləyəcək. Tbilisidə Rusiya əleyhinə şüarlarla aksiya keçirənlərə deyin ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq. Bu, heç zaman baş verməyəcək”.