Rusiya Dumasının sədri Gürcüstan prezidentindən üzr istəməsini tələb edir

Manshet Siyasət

Rusiya Dumasının sədri, Vyaçeslav Volodin Gürcüstan prezidentindən üzr istəməsini tələb edir.

Nsa.ge xəbər verir ki, bu bəyanatı o, “Rassiya 24”-ün efirində verdi.

“Siqnal birmənalı olmalıdır, hər halda bu vəziyyətdə: Rusiyanı aqressor ölkə kimi xatırladan Gürcüstan prezidenti, bu sözlərindən inkar etməli, üzr istəməli və öz mövqeyini açıqlamalıdır”, – Dumanın sədri bəyan etdi.

Jurnalistin sualına ki, Rusiya Gürcüstan hökumətindən hansısa siqnal aldımı ki, Gürcüstan açıqlama verməyə hazırdır, Volodin cavab verdi: Gürcüstan hökuməti bu cür hərəkət etdiyi zaman, Gürcüstanla əlaqələrin inkişafı nə cür mümkündür?