Rusiya Dumasının sədri Vyaçeslav Volodin Gürcüstan Prezidentindən üzr tələb edib

Manshet Siyasət

İki ölkə arasındakı aviauçuşların yenilənməsi və münasibətlərin tam bərpası üçün Gürcüstan Prezidenti gərək Rusiya və rus xalqından üzr istəsin.

Nsa.ge xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Gürcüstan Prezidenti gərək Rusiyadan və rus xalqından üzr istəsin. Ona görə ki, yaşanan situasiyada məhz Gürcüstan rəhbərliyi məsuliyyət daşıyıb” – deyə o bildirib.