Rusiya prezidenti Vladimir Putindən Gürcüstana qarşı gözlənilməz addım

Manshet Siyasət

Rusiya prezidenti Vladimir Putin Gürcüstana qarşı sanksiyalara qarşı çıxıb.

Bu barədə Nsa.ge TASS-a istinadən xəbər verir.

V. Putin Gürcüstan xalqına hörmət əlaməti olaraq Gürcüstana qarşı sanksiyalar tətbiq etməyi lazım bilmədiyini açıqlayıb.

Bununla yanaşı, Rusiya prezidenti bəyan etdi ki, gürcü jurnalisti Giorgi Qabuniaya qarşı cinayət işinin qaldırılmasını də gərək hesab etmir.

“Kimsə, özünü nəsə hesab edib, çıxıb nəsə sayıqlayıb ki, hərkəs onun haqqında danışsın. İstədiyinə də nail oldu. İndiyə qədər adını eşitmədiyimiz biri haqqında bugün hamı danışır. O indi dincəlməyə gedib, sonra isə, işinə davam edəcək. Ona qarşı cinayət işi qaldırmaq, ona çox böyük şərəf olar və bunu lazım hesab etmirik.

Gürcüstanda onun hərəkətindən narazı olan və etiraz edən insanlar da var və onların xətrinə və Gürcüstanla münasibətlərimizin yaxşılaşdırılması adına, Gürcüstana zərər verəcək addımlar atmayacağıq” – deyib Vladimir 

Onun sözlərinə görə, ölkədə anti-Rusiya ab-havası tarixini bilməyən və yekunda elə Gürcüstana zərər verən insanlar tərəfindən yaradılır.