Rusiya və Gürcüstan rəsmiləri Cenevrədə görüşəcəklər

Manshet Siyasət

Rusiya və Gürcüstan rəsmiləri iyulun 2-3-də Cenevrədə Cənubi Qafqazdakı münaqişələri və ikitərəfli əlaqələri müzakirə edə bilərlər.

Nsa.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin bildirib.

“Cenevrədə Cənubi Qafqazdakı təhlükəsizlik məsələləri üzrə görüşlər yalnız Abxaziya və Cənubi Osetiyaya həsr olunub. Rusiya və Gürcüstan arasında ikitərəfli əlaqələr orada müzakirə olunmayacaq. Amma Gürcüstan nümayəndə heyəti orada olacağından biz tədbirdə bu məsələyə də vaxt ayıra bilərik”, – Q. Karasin qeyd edib.