Rusiya XİN: Lavrov və Pompeo arasında görüş razılaşdırılıb

Dünya Siyasət

“Rusiya və ABŞ-ın xarici siyasət qurumlarının rəhbərləri Sergey Lavrov ilə Maykl Pompeonun görüşünün gələn həftə Finlandiyada keçirilməsi razılaşdırılıb”.

Nsa.ge xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, “bəli, görüş razılaşdırılıb”, – deyərək, dünən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmi nümayəndəsinin Lavrovla Pompeonun mayın 6-7-də Finlandiyada keçiriləcək Arktika Şurasının Nazirlər Sessiyası çərçivəsində görüşə biləcəyinə dair verdiyi açıqlamaya şərh verərkən söyləyib.

Xatırladaq ki, mayın 1-də Rusiya və ABŞ xarici siyasət orqanlarının rəhbərləri telefon danışığı zamanı Venesueladakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

NSA.GE