Rusiya XİN Rustavi-2 televiziya kanalı efrində rus dilində qeyri-etik səsləndirilən ifadələrə münasibət bildirib

Manshet Siyasət

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanda müxalif “Rustavi-2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı Giorgi Qabunianın monoloqunda Prezident Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlətməsinə münasibət bildirib.

Nsa.ge xəbər verir ki, Zaxarova qalmaqala reaksiyasında sadəcə iki sözdən istifadə edib.

“Gürcülərin bədbəxtçiliyidir…”, – deyə qurum rəsmisi vurğulayıb.

Xatırladaq ki, Gürcüstanın hökumət rəsmiləri baş vermiş hadisəni dövlət əleyhinə təxribat kimi qiymətləndiriblər.