Rusiyanın XİN Sergey Lavrov, Gürcüstanın Xarici işlər Naziri ilə görüşü barədə bəyanat yayır

Manshet Siyasət

“Mənim Gürcüstanın Xarici işlər Naziri ilə görüşüm gürcü tərəfinin tələbi ilə baş tutdu”.

Nsa.ge xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirib.

Rusiya KİV-nin məlumatına görə, bu barədə bəyanatı Lavrov BMT-də keçirdiyi mətbuat xidməti zamanı verib.

“Bəli Gürcüstanın Xarici İşlrə Naziri ilə görüş oldu və bu görüşü o tələb etdi”, – dedi Lavrov.

Bununla yanaşı, rus medya vasitələrinin məlumatına görə, Lavrov deyib ki, gürcü tərəfinin bu görüş haqqında verdiyi bəzi şərhlər gülməlidir.

Xatırladaq ki, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Nyu-Yorkda, Baş Assambleyanın 74-cü sessiyası çərçivəsində, İsveçrə Konfederasiyasının təşəbbüsü və təşkili ilə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşdü.