Russia Gürcüstan vətəndaşlarına viza rejiminin ləğvi üçün şərtlərini açıqlayıb

Manshet Siyasət

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstana təyyarə reyslərinin yenidən açılacağını istisna etməyib.

Nsa.ge xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti məlumat yayıb.

Nəşr Rusiya hökumətinin təyyarə səfərlərinin yenidən bərpa olunması üçün şərtlərinin olduğunu yazıb:

“Rusiya Gürcüstana təyyarə reyslərinin yenidən açılmasına hazırdır. Bura Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi də daxildir.

XİN-dən bildirilib ki, bunlar üçün bir sıra addımlar atılmalıdır. Məsələn, Gürcüstandakı ictimai-siyasi vəziyyət normallaşmalı, rusofobiya aradan qalxmalı və bu ölkədə Rusiya vətəndaşlarının təhlükəsizliyi təmin edilməlidir. Bundan sonra əlaqələrin normallaşması və təyyarə reyslərinin yenidən açılmasını müzakirə edə bilərik”.

Əlavə edək ki, iyulun 8-dən Rusiya Gürcüstana olan təyyarə reyslərini dayandırıb. Buna səbəb kimi, iyunun 20-də Tiflisdə Rusiya əleyhinə başlayan etiraz aksiyaları göstərilib.