Sərhədlərin delimitasiyası üzrə komissiyanın üzvləri Gürcüstan parlamentinə çağırıla bilər

Manshet Siyasət

Gürcüstan parlamentinin üzvləri Diaspor və Qafqaz Məsələləri Komitəsinə Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın işinin gedişi ilə bağlı məktub ünvanlayıb.

Nsa.ge xəbər verir ki, məktubda müvafiq komissiyanın qapalı iclasda durumla bağlı millət vəkillərini məlumatlandırması təklif olunub. 

“Məsələnin vacibliyini nəzərə alaraq parlamentin müvafiq komitələrinin nəzarət mexanizmlərinin də məsələnin həllinə cəlb edilməsi zəruridir. Bütün məsələləri açıq görüşlərdə müzakirə etmək mümkün olmadığından, qapalı şəkildə iclas keçirilməsini, komissiya üzvlərinin bizə komissiyanın işi və nəticələri barədə məlumat verməsini təklif edirik. Bu təklifdən imtina edilməsi parlamentin məsələyə maraq göstərməməsi mənasına gələcək”, – məktubda qeyd olunub.

Millət vəkili Eka Beselianın müəllifi olduğu məktubda qapalı iclasın yaxın günlərdə keçirilməsi təklif edilib.