Saakaşvili: “Avqust müharibəsində Türk ordusu sərhəddə hazır gözləyirdi”

Manshet Siyasət

“Türk qoşunları sərhəddə səfərbər olunmuşdu və buna görə Rusiya Batumini ələ keçirməyə cəhd göstərə bilmədi”.

Nsa.ge On.ge-yə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Müharibə və Sülh Hesabatı İnstitutuna (IWPR) müsahibəsində deyib.

Jurnalistdən, Rəcəp Tayyib Ərdoğanın Rusiya səfəri haqqında, hansı ki, təxmini olaraq Batumi mövzusu müzakirə edilib nə məlumatınız var sualına cavab olaraq Saakaşvili belə cavab verib:

“Bu barədə sizə deyə biləcəyim bir şey, Rusiyanın Gürcüstanı bütün işğal etməsi vəziyyətində Türkiyənin nə edəcəyini heç kim bilmirdi. Ərdoğanın planı nə idi bilinmirdi, ancaq türk qoşunları sərhəddə səfərbər olmuşdu və bu səbəbdən Rusiya Batumini ələ keçirməyə çalışmadı” dedi keçmiş Gürcüstan prezidenti. , Mixeil Saakaşvili.