Saakaşvili Putinin Gürcüstana sanksiyalar qoyulmasına dair parlament çağırışından imtina etməsini şərh edib

Manshet Siyasət

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar qoyulmasına dair parlament çağırışından imtina etməsini şərh edib.

Nsa.ge xəbər verir ki, siyasətçi bu barədə “Rustavi 2” telekanalına müsahibəsində danışıb.  

“Bu, siçanla oynayan pişikdir: ölkəmiz bu vəziyyətdədir”, – Saakaşvili bildirib.

Eks-prezident situasiyadan çıxış yolunu ölkə rəhbərliyinin dəyişdirilməsində gördüyünü açıqlayıb.

Xatırladaq ki, “Rustavi 2” telekanalının aparıcısı Georgi Qabuniya “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı hər iki ölkə arasında qalmaqala səbəb olub. Gürcüstan prezidenti Salome Zurabişviliisə Rusiya hakimiyyətinə səslənərək onları radikal gürcü qüvvələrinin təxribatlarına cavab verməməyə çağırıb.