Saakaşvili Ukraynaya qayıdıb – VİDEO

Dünya Siyasət

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukryanaya qayıdıb.

Nsa.ge xəbər verir ki, o, öz dönüşünü şəxsi facebook səhifəsindən canlı yayım vasitəsi ilə bildirib.

Onun  təyyarəsi Kiyevin Borispol hava limanına eniş edib.
M. Saakaşvilini hava limanında tərəfdar kütləsi qarşılayıb.

Bu gün M. Saakaşvili “Courier”ə müsahibəsində bildirib ki, Ukraynaya qayıtdıqdan sonra prezidentə yardım edəcək.

Qeyd edək ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

Xatırladak ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2017-ci ildə Mixeil Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etmişdi. M. Saakaşvili ötən həftə V. Zelenskidən vətəndaşlığının bərpasını xahiş edib.

Саакашвілі прилетів до Києва

Опубликовано Mikheil Saakashvili Среда, 29 мая 2019 г.