Salome Zurabişvili avqust müharibəsinin 11 illiyi ilə bağlı müraciət yayır

Manshet Siyasət

Gürcüstan prezidenti, Salome Zurabişvili avqust müharibəsinin 11 illiyi ilə bağlı müraciət yayır.

“Bu gün Rusiya-Gürcüstan müharibəsindən 11 il keçdi.

2008-ci il müharibəsi gürcü ictimaiyyəti üçün açıq yara kimi qalır. Açıq yara o valideynlər üçün, hansılar da müharibədə övladlarını itirdilər və o övladlar üçün, hansılarda bu müharibə nəticəsində valideynsiz böyüyürlər.

Bir ali baş komandan kimi, bir ana kimi və bu ölkənin sıravi vətəndaşlarından biri kimi, qəhrəmanlarımızın xatirəsi önündə baş əyirəm.

Müharibə evləri, torpaqları, əcdadlarının qəbirləri, ibadət yerləri işğal xətti ərazisində qalan insanlar üçün açıq yaradır. Bu ağrıya və hərgünlük təhqirə baxmayaraq, onlar ayrıcı xəttə qəhrəmancasına yaşamağı davam etdirirlər. Mənim və bizim borcumuzdur ki, onlarla birlikdə duraq və onların təhlükəsizliyinə qayğı göstərək.

İşğala bizim cavabımız adidir – barişmağa yox deyirik!

Barışmamaq ümid və məqsədi itirməmək deməkdir.

2005-ci ildə rus hərbi bazalarını çıxardığımız kimi, inanıram ki, işğala da son qoyacağıq. Almaniya nümunəsi göstərir ki, hər şey əbədi deyil. Ümidsizliyə qələbə həmişə mümkündür.

Partnyorlarımızın səfərbərliyini bacarmalıyıq. Gürcüləri ümidsizlik xarakterizə etmir.

Mövcud münaqişələrin sülh yolu ilə həll olunmasının ən güclü silahı bizim birliyimizdir”, – Zurabişvilinin müraciətində deyilir.