Salome Zurabişvili: “Gürcüstan azərbaycanlıları dövlət dilini bilməlidirlər”

Manshet Siyasət

“Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin mükəmməl vətəndaşı olmaları üçün dövlət dilini bilməlidirlər”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə keçirilən “Vətəndaş inteqrasiyası və insan kapitalının inkişafı üçün dövlət dili” adlı konfransda çıxışı zamanı bildirib.
 
O deyib ki, gürcü dili milli azlıqların doğma dili kimi və inteqrasiya üçün əsas element olmalıdır:
 
“Gürcüstan tolerant ölkədir və burada milli azlıqların adət-ənənələri, mədəniyyəti və dili qorunur. Milli azlıq nümayəndələri yalnız yığcam yaşadıqları bölgənin deyil, Gürcüstanın mükəmməl vətəndaşları olmalıdırlar”.