Salome Zurabişvili: “Gürcüstan Yaponiya xalqının yanındadır”

Manshet Siyasət

Gürcüstan prezidenti Salome Zurabişvili Yaponiyada tayfun “Hagibis” nəticəsində” həlak olanlarla bağlı kədərləndiyini bildirib.

Nsa.ge xəbər verir ki, bu barədə Salome Zurabişvili rəsmi “Tvitter” səhifəsində yazıb.

“Tayfun “Hagibis” nəticəsində həlak olanların ailələrinə baş sağlığı diləyirəm. Bu çətin zamanda Gürcüstan Yaponiya xalqının yanında durur və ümid edir ki, təbii fəlakətdən sonra, ölkə tez zamanda bərpa ola biləcək” – yazır Salome Zurabişvili.

Xatırladaq ki, tayfun “Hagibis” nəticəsində Yaponiyada 70 nəfər həlak oldu.