Salome Zurabişvili: “Hadisələrin gərgin inkişafı və qeyri-sabitliyin kimin üçün əlverişli olduğunu təxmin etmək asandır”

Manshet Siyasət

Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-ın bu ölkədəki səfiri vəzifəsinin icraçısı, Avropa Birliyi nümayəndəliyinin rəhbəri, habelə Almaniyanın, Britaniyanın, Fransanın, İtaliyanın, Niderlandın, Polşanın, Bolqarıstanın, Estoniyanın və Litvanın Gürcüstandakı səfirləri ilə görüşüb.

Nsa.ge Ria novosti-yə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasında bildiriblər.

“Prezident görüşdə qeyd edib ki, o, vəziyyətin sabitləşməsi üçün bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırdır, hansılarda ki, qeyri-sabitliyə çağırış yoxdur”, – deyə bildirilib.

Zurabişvilinin sözlərinə görə, “regionda yaranmış vəziyyətə əsaslanaraq, Gürcüstan sabitliyin “mərkəzidir”.

“Beləliklə, təxmin etmək asandır ki, hadisələrin gərgin inkişafı və qeyri-sabitlik kimin üçün əlverişlidir”, – deyə Gürcüstan prezidenti əlavə edib.