Salome Zurabişvili: “Mən hərkəsin prezidentiyəm, kimsəyə qarşı diskriminasiya edilməməlidir”

Manshet Siyasət

“Mən hərkəsin prezidentiyəm, heç bir insana qarşı diskrimaniyaya yer verilməməlidir, ancaq, heç bir tərəf münaqişənin provokasiyasına da səbəb olmamalıdır”

Nsa.ge Birinci kanala istinadən xəbər verir ki, bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili  dünən dövlət dəftərxanasının yanında baş verən insindentlərlə bağlı verib.

Onun dediyinə görə, Gürcüstanda onsuz da müxtəlif səbəblə yaranan münaqişələr var və yenisinə gərək yoxdur.

Xatırladaq ki, dünən Gürcüstan patriarxlığı bəyanat yaydı və iqtidardan Tbilisidə “Gey paradın” keçirilməsinə izin verilməməsini tələb etdi.

Patriarxlığın bəyanatını etiraz etmək üçün “Tbilisi praidin” nümayəndələri dövlət dəftərxanasının yanında etiraz aksiyası keçirirdilər.

Onlar aksiyaya başlayan zamanı, oraya biznesmenlər Levan Vasadze, Quram Palavandişvili və dini xadimlər getdilər.

İki paralel aksiyada insindentlər baş verdi və 28 nəfər həbs olundu.

Onlardan 21 nəfəri dünən gecə polis şöbəsindən azad edildi.