Salome Zurabişvili: “Məni öldürsəniz də, amnistiya ilə bağlı şərh verməyəcəm”

Manshet Siyasət

“Məni öldürsəniz də, amnistiya ilə bağlı şərh verməyəcəm”

Nsa.ge-nin məlumatına görə, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili məhbusların əfv edilməsi qərarı ilə bağlı şərh verməkdən imtina etdiyini bildirərkən deyib.

Prezident pedofiliyaya görə həbs edilən məhbusun həbsxanadan azad edilməsi ilə bağlı yayılan məlumatı da şərhləndirmək istəməyib.

“Əfv qərarı ilə bağlı açıqlama vermək haqqım yoxdur. Məni öldürsəniz də şərh verməyəcəm” – dedi Tbilisoba bayramı ilə bağlı şəhərin mərkəzinə çıxan Salome Zurabişvili.