Salome Zurabişvili və İlham Əliyev arasında telefon söhbəti oldu

Manshet Siyasət

Gürcüstan prezidenti Salome Zurabişvili və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon söhbəti baş tutdu.

Nsa.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.

Məlumata görə, Salome Zurabişvili İlham Əliyevə Qax rayonunda, Əlibəyli kəndində gürcü məktəbinin açılışına görə, minnətdarlığını bildirib.

Salome Zurabişvili Azərbaycan prezidentini Gürcüstana dəvət edib.