Salome Zurabişvili Vladimir Zelenskini təbrik edib

Manshet Siyasət

Gürcüstan prezidenti, Salome Zurabişvili Vladimir Zelenskinin prezident seçkilərində qələbəsini təbrik edib.

Nsa.ge məlumat verir ki, bu barədə Salome Zurabişvili “Twitter” hesabında paylaşıb.

Onun sözlərinə görə,  Ukrayna yeni prezidenti ilə əməkdaşlıq və ikitərəfli əlaqələr genişləndiriləcək.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Mərkəzi Seçki Komissiyası(MSK) səsvermə bülletenlərinin 99 faizini sayıb. Viladimir Zelenskiyə seçicilərin 73,15 faizi (13 milyon 262 min 89 nəfər) səs verib.

Ukrayanda prezident seçkisində qalib gələn Vladimir Zelenskinin andiçmə mərasimi mayın 28-də keçirilə bilər.

NSA. GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + eight =