Şalva Natelaşvili: “Gürcüstan Bakıda planlanan hərbi təlimlərdə iştirak etməməlidir”

Manshet Siyasət

“Leyborist partiyasının” lideri Şalva Natelaşvili hesab edir ki, Davit Qarecidə baş verən hadisələrə görə, Gürcüstan Bakıda keçirilməsi planlaşdırılan hərbi təlimlərdə iştirak etməməlidir.

Nsa.ge xəbər verir ki, Natelaşvili o təlimlərdə iştirak etmək Gürcüstana və gürcü tarixinə böyük təhqir olduğunu deyib.

“Prezident Əliyev biraz bundan əvvəl Davit Qareciyi, Bartubaniyi, Ağdqoma Monastrını, ikinci Yerusəlim olan, qədim gürcü mədəni irsimizi, abidəmizi əlimizdən aldı və oraya silahlı qüvvələr daxil etdi, orada böyük avtoban yaratdı və indi, heçnə olmamış kimi, bizim silahlı qüvvələrimizin Bakıya gedib, hərbi təlimlərdə iştirak etməsi gürcü xalqına, Gürcüstan tarixinə və gürcü əsgərlərinə böyük təhqirdir” – deyir Şalva Natelaşvili.

Natelaşvili Gürcüstanın Müdafiyə Nazirliyinə müraciət edir ki, gürcü əsgərlərini Bakıya göndərməsin.

“Bu vay-iqtidara müraciət edirəm ki, heç bir əsgərimizi Azərbaycana göndərməsin və ərazilərimizi və dini abidələrimizi əlimizdən alan o ölkə ilə, ağılları başına gələnə gədər heç bir strateji partnyorluq gərəkmir” – deyir Natelaşvili.

Xatırladaq ki, sentyabrın 2-dən 6-na qədər, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi birgə hərbi təlimlər keçiriləcək.