Seçicilərin səsləri səkkiz məntəqədə elektron şəkildə hesablanacaq

Cəmiyyət Manshet Siyasət Texnologiya

2019-cu ilin mayın 19-da, seçkilərdə bir neçə məntəqədə, seçki prosesində səslərin hesablanması elektron texnologiyaların istifadəsi ilə baş verəcək.

Nsa.ge Birinci Kanala istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi, Natiya Mikeladzenin bəyan etdiyinə görə, elektron hesablamanın pilot layihəsinin növbəti mərhələsi Tsğaltubonun dörd və Tğibulinin dörd seçki məntəqəsində həyata keçiriləcək. Qeyd olunan səkkiz məntəqədə cəmi 7 762 seçici qeydiyyatdan keçib.

MSK açıqlama verir ki, səkkiz seçki məntəqəsində elektron hesablama aparatı seçki qutularında quraşdırılmış olacaq. Seçici bülleteni aparata yerləşdirdikdən sonra, elektron cihaz bülleteni skaner edir və nəticələri avtomatik olaraq hesablayır.

Pilot layihəsi Kanada beynəlxalq – DELIAN QHT-nın dətəyi ilə həyata keçirilir.

NSA.GE