Seksual təzyiq edənlər cərimlənəcək –Parlament qərar verdi

Manshet Siyasət

Gürcüstan parlamenti seksual təzyiqlə bağlı hazırlanan qanun dəyişikliklərini üçüncü oxunuşla təsdiqləyib.

Nsa.ge 1tv.ge-yə istinadən bildirir ki, deputatlar qanun layihəsini plenar iclasda səs verməyə çıxarıb.

Qeyd edək ki, dəyişiklikləri 102 deputat dəstəkləyib.

Parlamentin qərarı ilə, Gürcüstanda seksual xarakter daşıyan təzyiq pul cərimələrini və ictimai yerlərdə işləməyi nəzərdə tutur.

Qanuna əsasən, ictimai yerlərdə şəxsə qarşı istənməyən seksual xarakterli hərəkət etmək, təhqir etmək, cinsi aidiyyatına görə, təhqirli diskriminasiya etmək, 300 larilik cəriməyi nəzərdə tutur.

Əgər qeyd olunan hərəkət, inzibati cəzanın verilməsindən bir il ərzində təkrarlansa, cərimə 500 lari olacaq və yaxud bir ay müddəti ilə ictimai yerlərdə işləmək nəzərdə tutulur.

Seksual təzyiq və təhqir məhdud fiziki imkanlı şəxslərə, hamilələrə və yaxud həddi buluğa çatmayanlara qarşı edildiyi halda, cərimə 800 lari, cəza isə, bir ay müddətində ictimai yerlərdə işləməkdir.

Onu da bildirək ki, qanunlayihənin müəllifi Gender Bərabərliyi Şurasıdır, dəyişikliklərin bilavasitə müəllifləri isə deputat Tamar Çuqoşvili, Tamar Xulordava, Dimitri Tskitişvili, Rati İonatamaşvili, Ququli Mağradze, Enzdela Maçavariani və Giorgi Tuğuşidir.

NSA.GE